Bank Of Baku

«AtaBank»ın aktivləri son bir ildə 43% artıb

«AtaBank»ın aktivləri son bir ildə 43% artıb
# 13 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 153,350 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 40,2% artaraq 109,732 mln. manata, müddətli depozitlər isə 48% artaraq 97,666 mln. manata çatıb.
Qeyd edək ki, bu müddət ərzində bankın xalis mənfəəti 21% artaraq 1,382 mln. manat təşkil edib.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR