Bank Of Baku

«AtaSığorta»nın daxilolmaları 22% azalıb

«AtaSığorta»nın daxilolmaları 22% azalıb
# 13 aprel 2009 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC-nin 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 673 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azdır.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta riskləri üzrə ödənişlər 2,5% azalaraq 117 min manat təşkil edib.
Bu müddət ərzində şirkətin ümumi gəlirləri 1,046 mln. manat, ümumi xərcləri isə 838 min manat olub. Nəticədə, şirkətin balans mənfəəti 208 min manat təşkil edib ki, bu da nəzərdə tutulan proqnozdan 69,8 min manat çoxdur.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR