Bank Of Baku

IFC 42 ölkənin 117 bankının iştirakı ilə müsabiqə keçirir

IFC 42 ölkənin 117 bankının iştirakı ilə müsabiqə keçirir
# 13 aprel 2009 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Böyük Britaniyanın «The Financial Times» qəzetinin «FT Sustainable Banking Awards» müsabiqəsi yekunlaşmaq üzrədir.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə 5 nominasiya üzrə keçirilir. Belə ki, seçim ilin ən davamlı bankı, inkişafda olan bazarlarda ən davamlı bank, bankçılıq sahəsində ən yüksək zirvədə olan bank («Banking at the Bottom of the Pyramid»), maliyyələşdirmənin tələbatlarına tam uyğun olması nailiyyəti və ilin ən davamlı investoru nominasiyaları üzrə aparılır.
Azərbaycandan bu beş nominasiyaya yalnız bir bank - «Access Bank» iddia edir.
Ümumilikdə isə, müsabiqədə 42 ölkədən 117 təşkilat iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR