Bank Of Baku

«Parabank» yeni əmanət kampaniyasına başlayıb

«Parabank» yeni əmanət kampaniyasına başlayıb
# 13 aprel 2009 11:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) «Zəhmətkeş Əmanəti» adlı daha bir əmanət kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Zəhmətkeş Əmanəti»nə vəsait yerləşdirmək üçün vətəndaşlar öz şəxsiyyət vəsiqələrini və təqaüdçü kitabçalarını təqdim etməlidir. Bu əmanət növünə əmanət yerləşdirən təqaüdçülər il ərzində yatırdıqları vəsaitlərini 17,5% (AZN-lə) və ya 18,5% (ABŞ dolları ilə) artıra bilərlər. «Zəhmətkeş Əmanəti»nin minimum məbləği 200 manat (dollar) təşkil etməklə 6, 9 və 12 ay müddətinə qəbul edilir. Bundan başqa, əmanət yerləşdirən təqaüdçülər «Həyat sığortası» növü üzrə sığortalanacaqlar.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 65,552 mln. manat, depozit portfeli 35,905 mln. manat, kredit portfeli 42,317 mln. manat, məcmu kapitalı 12,353 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manata təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR