Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Martda Azərbaycanda deflyasiya 0,84% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Martda Azərbaycanda deflyasiya 0,84% olub
# 13 aprel 2009 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılan müşahidənin nəticəsi göstərir ki, bu ilin mart ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,84% azalıb. O cümlədən, Bakıda deflyasiya 1,05%, regionlarda isə 0,63% təşkil edib.
Əmtəə qrupları üzrə ən yüksək deflyasiya qeyri-ərzaq məhsullarında (1,78%) qeydə alınıb. Həmçinin, tikinti materialları (2,67%), geyim və ayaqqabı (1,65%), təsərrüfat malları (1,60%) daha çox ucuzlaşıb.
Ərzaq məhsullarından isə süd və süd məhsulları, yumurta (6,34%) və meyvə-tərəvəz (2,26%) dəyərini itirib. Mart ayında 2008-ci ilin mart aylı ilə müqayisədə istehlak qiymətləri indeksi (İQİ) 1,97% artıb.
Qeyd edək ki, ilin əvvəlindən istehlak qiymətləri indeksi (İQİ) 3,16% azalıb.
Xatırladaq ki, ötən ilin martında ölkədə 5,34%-lik inflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR