Bank Of Baku

«AIG Caspian İnsurance» son bir ildə daxilolmalarını 42% artırıb

«AIG Caspian İnsurance» son bir ildə daxilolmalarını 42% artırıb
# 13 aprel 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» (AIG Caspian İnsurance) Azərbaycan-ABŞ sığorta şirkətinin 2009-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 769,642 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 35,670 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə şirkət risklər üzrə ödəniş aparmayıb.
Sığorta daxilolmalarında ən çox sığorta haqqı «Mülki məsuliyyət sığortası» (627,584 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (129,670 min. manat) növləri üzrə toplanıb. Bunlar da məcmu sığorta daxilolmalarının müvafiq olaraq 81,5%-ni və 16,8-ni təşkil edib.
Ödənişlərdə isə ən çox vəsait «Əmlak sığortası» (34,557 min manat) növü üzrə həyata keçirilib. Ümumi ödənişlərdə bu sığorta növünün payı 96,9% olub.
Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) şirkətləri çıxış edir.
Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR