Bank Of Baku

Minskdə MDB və Baltikyanı ölkələrin İstiqraz Konqresi keçiriləcək

Minskdə MDB və Baltikyanı ölkələrin İstiqraz Konqresi keçiriləcək
# 13 aprel 2009 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 18-19-da Minskdə (Belarus) VI MDB və Baltikyanı ölkələrin İstiqraz Konqresi keçiriləcək.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, bu tədbir ənənəvi olaraq hər il «Cbonds» informasiya agentliyinin təşkilatçılığı ilə MDB və Baltikyanı ölkələrin şəhərlərində keçirilir. Konqresdə Rusiya, Ukrayna, Qazaxıstan və bir sıra digər MDB, Baltikayanı və Avropa ölkələrindən aparıcı bank, investisiya şirkətləri və emitentlərdən olan nümayəndələr iştirak edəcək.
Tədbirdə MDB ölkələrinin istiqraz bazarlarında olan perspektiv və problemlər, həmçinin risk və investisiya cəlb olunması məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR