Bank Of Baku

«AzSığorta» şirkəti sığorta haqlarını 57% artırıb

«AzSığorta» şirkəti sığorta haqlarını 57% artırıb
# 13 aprel 2009 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2009-cu ilin yanvar-mart aylarında 3,080 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,4% çoxdur.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə sığorta riskləri üzrə aparılan ödənişlərin həcmi 3,8 dəfə artaraq 940,457 min manata çatıb.
X.Məmmədxanlı bildirib ki, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Hava nəqliyyatı vasitələrinin sığortası» (880,3 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (698,7 min manat), «Yüklərin sığortası» (633,3 min manat), «KASKO sığortası» (277,5 min manat), «Nəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası» (167,6 min manat) növlərinin payına düşüb.
Ödənişlərdə isə ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (655,5 min manat), «KASKO sığortası» (147,7 min manat), «Kreditlərin sığortası» (72,6 min manat) və «Yüklərin sığortası» (18,7 min manat) növləri üzrə ödənilib.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

* 13.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8032 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR