Bank Of Baku

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi yanvar-fevral aylarında 91% artıb

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi yanvar-fevral aylarında 91% artıb
# 13 aprel 2009 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1 519 424,0 min dollar həcmində ABŞ dolları üzrə nağd mübadilə əməliyyatları aparılıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin ilk iki ayı ilə müqayisədə bu göstərici 91,1% artıb.
Nağd dollar üzrə əməliyyatların strukturunda 216 858,7 min dollar alış əməliyyatları, 1 302 565,3 min dollar isə satış əməliyyatlarının payına düşüb. Qeyd edək ki, əməliyyatların istiqamətləri bank mövqeyindən göstərilir. Beləliklə, yanvar-fevral ayları ərzində əhali bank sistemi vasitəsi ilə 6 dəfə çox nağd dollar alıb, nəinki satıb.
Həmçinin daha bir fakt qeyd olunmalıdır. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə əhali tərəfindən nağd dolların satışı 3,6% azalıb, lakin alış 2,3 dəfə artıb, o cümlədən təkcə fevral ayında alışın illik artımı 3 dəfə təşkil edib.
Nəticədə, Azərbaycanda əhali hələ də nağd dolların alqı-satqısında fəallığını artırır. Aydındır ki, bu, bir neçə amillə bağlıdır. Belə ki, nağd dolların alınması əsasən pərakəndə ticarət və istehlak idxalı, ölkə daxilində dollarda nominallaşmış mal və xidmətlərin dəyərinin ödənilməsi, xaricdə işgüzar və ya şəxsi xərclərin ödənilməsi və yığım məqsədləri ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR