Bank Of Baku

Azərbaycanda dolların birja və rəsmi məzənnələri bərabərləşir

Azərbaycanda dolların birja və rəsmi məzənnələri bərabərləşir
# 13 aprel 2009 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (aprelin 6-10-da) 59,611 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 2,8 dəfə azdır.
«APA-Economics»in məlumatına görə, ötən həftə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Keçən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,05% artaraq 0,8032 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də 0,05% artaraq 0,8032 manata bərabər olub. Qeyd edək ki, aprelin 9-u istisna olmaqla, birja məzənnəsi rəsmi məzənnəyə tam uyğun olub.
Eyni zamanda, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,03% yüksəlib, satış məzənnəsi isə 0,06% enib:




Cədvəldən bir neçə tendensiya görünür ki, bunlar əsasən məzənnələrin formalaşmasına aiddir. Belə ki, əvvəlki kimi dolların bütün məzənnə növləri üzrə tam sabitliyi qeyd etmək lazımdır, hətta rəsmi və birja məzənnələri bir-birinə tam uyğundur. Valyuta bazarında yenilik kimi nağd dollar üzrə məzənnələrin rəsmi və birja məzənnələrinə yaxınlaşmasını vurğulamaq olar. Yəni, birja məzənnəsi ilə alış məzənnəsi arasında aşağı hədd və birja məzənnəsi ilə satış məzənnəsi arasında yuxarı hədd azalmaqdadır. Hazırda alış məzənnəsi üzrə orta marja 0,3% (enmə istiqamətində), satış məzənnəsi üzrə orta marja isə 0,6% (yüksəlmə istiqamətində) təşkil edir. Bu, nağd valyuta bazarında hər hansı spekulyativ tendensiyaların olmadığını göstərir ki, o da öz növbəsində ölkədə valyuta sabitliyinin əsas göstəricilərdəndir.
Hesabat dövrünün digər xüsusiyyətlərindən biri kimi həftənin sonunda dövriyyənin kəskin azalması faktı qeyd olunmalıdır. Belə ki, ümumi həftəlik dövriyyənin 94%-i ilk iki ticarət günü, yəni aprelin 6-7-də qeydə alınıb.
Qeyd edək ki, sabitlik yalnız dolların məzənnəsində özünü büruzə verir, avro isə dünya bazarlarında dollara qarşı «münasibətdən» asılı olaraq öz dəyişkənliyini saxlayır. Belə ki, həftə ərzində avronun məzənnəsi 3,1% enib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR