Bank Of Baku

«Kredo Bank» öz ipoteka proqramını hazırlayır

«Kredo Bank» öz ipoteka proqramını hazırlayır
# 13 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda özünün ipoteka proqramının icrasına başlamaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Barat Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, ilkin olaraq ipoteka kreditləri üçün 5-6 mln. manat həcmində sərmayə portfeli müəyyənləşdiriləcək. Xarici maliyyə qurumları ilə aparılacaq danışıqlar nəticəsində portfelin həcminin artırılması nəzərdə tutulur.
B.Piriyev bildirib ki, kreditlərin 7-10 il müddətinə veriləcəyi, faiz dərəcəsinin isə müştərinin ilkin ödənişindən asılı olaraq müəyyənləşəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda 10-a yaxın kommersiya bankının öz ipoteka proqramı mövcuddur.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 37,074 mln. manat, kredit portfeli 25,302 mln. manat, depozit portfeli 9,071 mln. manat, məcmu kapitalı 13,776 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 13 filialı fəaliyyət göstərir və bunun 7-si regionda (Xaçmaz, Göyçay, Quba, İsmayıllı, Masallı, İmişli və Gəncə) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR