Bank Of Baku

«ABB-Moskva» bankı bu il CRM-sistemin tətbiqinə başlayır

«ABB-Moskva» bankı bu il CRM-sistemin tətbiqinə başlayır
# 13 aprel 2009 13:59 (UTC +04:00)
Moskva. Roman Ağayev, Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» bankı bu il xüsusi Müştərilərlə Əlaqələrin İdarə Olunması Sisteminin (CRM) tətbiqinə başlayır. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Fuad Abdullayev məlumat verib.
F.Abdullayevin sözlərinə görə, CRM-sistemin tətbiqi «ABB-Moskva»nın müştəri xidmətlərinin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi addımlardan biridir. Onun fikrincə, yeni sistem əvvəlcə bankın baş ofisində, sonra isə filial və şöbələrində tətbiq olunacaq. CRM-sistemdən başqa ABB-nin törəmə bankı 2009-cu il ərzində Sankt-Peterburq və Yekaterinburq şəhərlərində yerləşən filiallarını möhkəmləndirmək, Nijni Novqorodda isə yeni filial açmağı planlaşdırır.
Eyni zamanda, F.Abdullayev başçılıq etdiyi bankın infrastrukturunun inkişafı çərçivəsində bankomatların sayının 45-ə, POS-terminalların isə 250-yə çatdırılacağını vurğulayıb. Onun sözlərinə görə, bankomat və terminal şəbəkələrinin genişləndirilməsi «ABB-Moskva»ya Rusiyada ticarət ekvayrinqi üzrə əməliyyatları artırmağa imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR