Bank Of Baku

Azərbaycanda xarici valyutada verilən kreditlərin artım tempi manatla aparılan borcalmanın dinamikasını üstələyir

Azərbaycanda xarici valyutada verilən kreditlərin artım tempi manatla aparılan borcalmanın dinamikasını üstələyir
# 13 aprel 2009 14:03 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları (QBKT) tərəfindən xarici valyutada ayrılan kreditlərin artım templəri manatla borcalmaların dinamikasını üstələyir. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-nin hazırladığı xüsusi hesabata əsasən, ötən ilin martın 1-dən sonrakı bir il ərzində xarici valyuta ilə kredit qoyuluşları 45,4%, manatla kredit qoyuluşları isə 33,9% artıb. Nəticədə, milli valyuta ilə kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 53,1%-ə və yaxud 3 553,7 mln. manata enib. Bununla da 2009-cu ilin mart ayının əvvəlinə məcmu kredit qoyuluşlarında xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 46,9% və yaxud 3 138,8 mln. manata çatıb.

Maraqlıdır ki, qısamüddətli kreditlərin 37,7%-i, uzunmüddətli kreditlərin isə 50,9%-i xarici valyutada verilib. Eyni zamanda, milli valyutada kreditlərin 97,8%-ni banklar tərəfindən verilmiş kreditlər, qalanını isə QBKT kreditləri təşkil edir. Xarici valyuta ilə verilən kreditlərin 96,6%-i bankların, 3,4%-i isə qeyri-bank kredit təşkilatlarının payına düşür. Banklar tərəfindən milli valyuta ilə verilən kreditlərin 25,7%-i Azərbaycan Beynəlxalq Bankı (893,2 mln. manat), qalanı isə digər bankların payına düşür. Bununla bərabər, bankların xarici valyuta ilə verilən kreditlərin 64,7%-i ABB (1 961,8 mln. manat), qalanı isə digər banklar tərəfindən ayrılıb.

Qeyd edək ki, kredit qoyuluşlarında xarici valyuta ilə kreditlərin xüsusi çəkisinin artması banklarda açılan depozitlərin valyuta strukturunun xarici valyutanın xeyrinə dəyişməsi ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR