Bank Of Baku

İyulda Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

İyulda Bakıda beynəlxalq sığorta forumu keçiriləcək
# 13 aprel 2009 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 9-10-da Bakıda növbəti beynəlxalq sığorta forumu keçiriləcək.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, «Qlobal tendensiyaların lokal bazarlara təsiri» mövzusunda təşkil olunacaq forumda dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri iştirak edəcək: «Hazırda forumda iştirak edən sığorta şirkətlərinin sayı dəqiqləşdirilməyib. Lakin builki forumda xarici iştirakçıların sayı ötən ilki foruma nisbətən çox olacağını düşünürəm».
Qeyd edək ki, Beynəlxalq Sığorta Forumu hər il ASA-nın təşkilatçılığı ilə keçirilir. Ötən ilki forum isə 2008-ci ilin iyul ayının 9-11-də keçirilib.
Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın sığorta bazarını beynəlxalq aləmdə tanıtmaq, beynəlxalq aləmdə sığorta sahəsindəki yeni məhsullar, o cümlədən Azərbaycan sığorta şirkətləri ilə beynəlxalq sığorta və təkrarsığorta şirkətləri arasında sıx əlaqələr yaratmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR