Bank Of Baku

Bakı Fond Birjasında «Financial Markets International» şirkətinin nümayəndələri görüş keçirilib

Bakı Fond Birjasında «Financial Markets International» şirkətinin nümayəndələri görüş keçirilib
# 13 aprel 2009 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa İnkişaf və Yenidənqurma Bankının (EBRD) maliyyə dəstəyi ilə Bakı Fond Birjasında (BFB) həyata keçirilən «Kapital bazarları üzrə treninq» layihəsinin birinci fazası çərçivəsində ABŞ-ın «Financial Markets International» (FMI) şirkətinin nümayəndələri Birjada olub.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, xarici ekspertlər Bakıda olacaqları müddət ərzində BFB, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Depozit Mərkəzi, yerli broker şirkətləri və digər təşkilatlarla bir sıra görüş keçirəcək. Görüşlərin nəticəsi olaraq, yerli fond bazarının mövcud problemləri, treninq ehtiyaclarının müəyyən edilməsi və layihə üzrə Ehtiyacların Qiymətləndirilməsi Hesabatının (Training Needs Assessment Report) hazırlanması nəzərdə tutulur. Sözügedən layihənin növbəti mərhələlərində xarici ekspertlər tərəfindən müvafiq mövzular üzrə treninqlərin aparılması planlaşdırılır.
Layihə çərçivəsində xarici ekspertlər tərəfindən peşəkar bazar iştirakçılarında korporativ idarəetmə standartlarının tətbiq edilməsi və təkmilləşdirilməsi, həmçinin bazar infrastrukturunun institusionallaşdırılması və optimallaşdırılması üzrə tövsiyələrin hazırlanması da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR