Bank Of Baku

«Muğan Bank» SKB «Microsoft»un lisenziyasını alıb

«Muğan Bank» SKB «Microsoft»un lisenziyasını alıb
# 14 aprel 2009 06:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) «MS Enterprise Agreement» proqramı üzrə «Microsoft» şirkətinin lisenziyasını alıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təqdim olunan proqram sayəsində bank müştərilərə yatırdıqları vəsaitlərin təhlükəsizliyini təmin etməkdə etibarlılıq və əminlik nümayiş etdirəcək.
Bankın İT Departamentinin direktoru Emin Məmmədovun sözlərinə görə, bankın yeni inzibati binaya köçməsi və yeni Məlumatların Emalı Mərkəzinin (DPC) qurulması ilə əlaqədar, bankın qarşısında İT infrastrukturunu tamamilə yenidən təşkil etmək, infrastrukturu vahid, təhlükəsiz və etibarlı bir platformada qurmaq, istifadəçilərin iş yerlərini vahid şəklə (standarta) salmaq zərurəti yaranıb. Bankın proqram-aparat kompleksinin modernləşdirilməsi layihəsi çərçivəsində DPC-nin server parkı üçün standart kimi IBM-in server aparatını seçmiş və «Softline» şirkətinin mütəxəssislərinin məsləhətlərinə əsaslanaraq 250-dən çox kompüteri olan təşkilatlar üçün nəzərdə tutulmuş «Microsoft Enterprise Agreement» korporativ lisenziyalaşdırma sxemindən istifadə etməyi qərara alıb. Beləliklə, bank qanuni proqram təminatına keçib ki, bu da banka hüquqi və texnoloji riskləri azaltmağa imkan verəcək.
Qeyd edək ki, proqram təminatının təchizatçısı qismində «Microsoft Large Account Reseller» və «Microsoft Gold Certified Partner» statuslarına malik «Softline» şirkəti çıxış edir.
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 66,40 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR