Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindən 8% azalıb

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindən 8% azalıb
# 14 aprel 2009 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivləri 2009-cu ilin mart ayının 1-nə 9 479,09 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 139,7 mln. manat və ya 29,2% çoxdur. Cari ilin əvvəli ilə müqayisədə isə bu göstərici 794,4 mln. manat və ya 7,7% azalıb.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, aktivlərin strukturunda əsas yeri müştərilərə ayrılan kreditlər tutur. Belə ki, bank aktivlərində əks olunmuş müştərilərə verilən kreditlərin həcmi 6 299,72 mln. manat (xüsusi çəkisi 66,46%), investisiyalar 682,24 mln. manat (7,2%), müxbir hesabları 633,57 mln. manat (6,68%), nağd vəsaitlər 563,34 mln. manat (5,94%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 417,64 mln. manat (4,41%), digər aktivlər isə 882,59 mln. manat (9,31%) təşkil edib.
Kommersiya banklarının məcmu aktivlərinin tərkib hissələrinin cari ilin əvvəlindən dinamikası əsasən azalma tendensiyasını göstərir. Belə ki, müştərilərə verilən kreditlərin həcmi bu ilin ilk iki ayı ərzində 517,13 mln. manat və ya 7,6%, investisiyalar 113,53 mln. manat və ya 14,3%, müxbir hesabları 325,95 mln. manat və ya 34% azalıb. Artan təsnifatlar sırasında nağd vəsaitlər (102,76 mln. manat və ya 22,3%), maliyyə sektoruna verilmiş kredit və depozitlər (2,82 mln. manat və ya 0,7%) və digər aktivlər (56,67 mln. manat və ya 6,9%) var.
Kommersiya banklarının məcmu balansında passiv hissəsinin 81,33%-i bank öhdəliklərinin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 7 709,72 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 859,04 mln. manat və ya 10% azdır. Öhdəliklərin tərkibində 3 751,17 mln. manat depozitlər, 2 983,03 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 975,52 mln. manat digər öhdəliklərin payına düşür.
Qeyd edək ki, yanvar-fevral ayları ərzində depozitlər 303,92 mln. manat və ya 7,5%, maliyyə sektorundan alınmış kredit və depozitlər 282,34 mln. manat və ya 8,7%, digər öhdəliklər isə 272,77 mln. manat və ya 21,9% azalıb. Bankların məcmu kapitalı isə cari ilin əvvəlindən 64,67 mln. manat və ya 3,8% artaraq martın 1-nə 1 769,37 mln. manata bərabər olub.

* 14.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8031 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR