Bank Of Baku

«Azərdəmiryolbank»ın Azərbaycanın depozit bazarında payı 2,4%-ə çatıb

«Azərdəmiryolbank»ın Azərbaycanın depozit bazarında payı 2,4%-ə çatıb
# 14 aprel 2009 07:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) depozitlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 62,6 mln. manat, o cümlədən fiziki şəxslərin depozit portfelinin həcmi 43,4 mln. manat təşkil edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təkcə son yarım il ərzində bankda 15,78 mln. ABŞ dolları məbləğində 1 300-dən çox əmanət hesabı açılıb. Xatırladaq ki, ötən ilin avqustun 19-da «Azərdəmiryolbank» əhaliyə dörd yeni depozit məhsulu («Göy», «Yaşıl», «Qırmızı» və «Sarı») təqdim edib. «Maksimal faiz dərəcəsi illik 18,75%-ə bərabər olan bu depozit növləri pul vəsaitlərinin toplanması və saxlanması üçün rahat alət olmaqla yanaşı əmanətçilərin gəlirlərini artırmağa imkan verir. Əmanətlər müştərilərin müxtəlif tələbatlarını qarşılayır. Belə ki, faizlər saziş müddətinin əvvəlində, sonunda və ya hər ay alına bilər, depozit istənilən vaxt əlavə vəsaitlə artırıla və ya çıxarıla bilər. Bütün əmanət növləri üçün plastik kart vasitəsilə qoyulmuş məbləğin 50-70%-i məbləğində kredit xətti açılır», - deyə bankdan bildirilib.
Qeyd edək ki, hazırda yeni əmanət növlərinin ümumi depozit portfelində xüsusi çəkisi 53% təşkil edir. Aksiyanın başladığı vaxtdan indiyədək bankdakı əmanətlərin orta həcmi 17% artaraq 11 min manat təşkil edib. Bankın bazardakı payı isə 2,18%-dən 2,4%-dək yüksəlib.
Xatırladaq ki, 1989-cu ildə təsis olunan «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 28 filialı fəaliyyət göstərir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 209,32 mln. manat, kredit portfeli 160,35 mln. manat, məcmu kapitalı 39,62 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR