Bank Of Baku

Azərbaycan bankları yanvar-fevral aylarında xalis mənfəəti 2 dəfə artırıb

Azərbaycan bankları yanvar-fevral aylarında xalis mənfəəti 2 dəfə artırıb
# 14 aprel 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar-fevral aylarında əldə etdiyi vergi ödənilənədək xalis mənfəətin həcmi 80,01 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin ilk iki ayı ilə müqayisədə bu göstərici 2,1 dəfə artıb.
Hesabat dövründə 10,65 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəəti 90,66 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 41,5% çoxdur.
Yanvar-fevral aylarında bankların faiz gəliri 171,89 mln. manat, faiz xərcləri 77,29 mln. manat, nəticədə, xalis faiz mənfəəti 94,6 mln. manat təşkil edib. Bundan əlavə, bankların qeyri-faiz gəlirləri 56,24 mln. manat, qeyri-faiz xərcləri 60,06 mln. manat təşkil edib ki, nəticədə xalis qeyri-faiz zərəri 3,82 mln. manata bərabər olub. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-fevral ayları üzrə xalis faiz mənfəəti 71,92 mln. manat, qeyri-faiz zərəri isə 7,84 mln. manat təşkil edib.
Bankların faiz gəlirləri əsasən kreditlərin yerləşdirilməsi üzrə əldə edilən gəlirlərdən ibarətdir. Qeyri-faiz gəlirlərə isə investisiya fəaliyyəti, mübadilə əməliyyatları, müxtəlif komissiya haqları, köçürmə və digər bu növ bank xidmətlərindən əldə edilən daxilolmalar aiddir.
Bankların bu cür əməliyyatlardan mənfəət deyil, zərər əldə etməsi 2005-ci ildən müşahidə olunur və artıq Azərbaycan bank sistemi üçün ənənəyə çevrilib. Belə ki, 2005-ci ilin yekunlarına görə, qeyri-faiz zərəri 9,7 mln. manat, 2006-cı ildə 21,61 mln. manat, 2007-ci ildə 28,81 mln. manat, 2008-ci ildə 73,92 mln. manat təşkil edib.

* 14.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8031 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR