Bank Of Baku

«Rabitəbank» son bir il ərzində gəlirlərini 15% artırıb

«Rabitəbank» son bir il ərzində gəlirlərini 15% artırıb
# 14 aprel 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 85,605 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 10% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 14,7% azalaraq 67,717 mln. manata, kredit portfeli 5,7% azalaraq 65,185 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 0,1% azalaraq 22,536 mln. manata çatıb.
Eyni zamanda, «Rabitəbank»ın məcmu kapitalı 5,4% artaraq 12,027 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,2% artaraq 8,5 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 15,4% artaraq 3,912 mln. manat, xərcləri isə 6% artaraq 3,509 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti 5 dəfə artaraq 403 min manata çatıb.
Bu müddət ərzində bankın PR və marketinq xərcləri 2,9 dəfə artaraq 55 min manat təşkil edib.
Bundan başqa, bank bu dövr ərzində əlavə 9 filial açıb, 1 bankomat və 8 POS-terminal quraşdırıb. Həmçinin, bankın işçilərinin sayı 11% artaraq 312 nəfər, orta aylıq əmək haqqı isə 15% artaraq 849 manat olub.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 4 mübadilə məntəqəsi, 22 bankomatı və 92 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR