Bank Of Baku

Azərbaycan bankları nağd vəsaitlərin toplanmasını aktivləşdirir

Azərbaycan bankları nağd vəsaitlərin toplanmasını aktivləşdirir
# 14 aprel 2009 09:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu balanslarında əks etdirilən nağd vəsaitlərin həcmi 2009-cu ilin mart ayının 1-nə 563,34 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən, yəni yanvar-fevral ayları ərzində bu göstərici 102,76 mln. manat və ya 22,3%, təkcə fevralda isə 143,78 mln. manat və ya 34,3% artıb.
Beləliklə, dünya maliyyə və iqtisadi böhranın nəticəsində Azərbaycan kommersiya bankları üçün xaricdən fondlaşmanın məhdudlaşması səbəbindən, həmçinin artıq cəlb olunmuş öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə banklar əlavə likvidliyin toplanmasını davam etdirir.
Qeyd edək ki, bu proses öz növbəsində kreditləşmənin azalmasında əks olunur. Belə ki, müştərilərə verilən kreditlərin həcmi ilin əvvəlindən 517,13 mln. manat və ya 7,6% azalaraq martın 1-nə 6,3 mlrd. manata düşüb. Ümumi aktivlərin həcmi isə yanvar-fevral ayları ərzində 794,37 mln. manat və ya 7,7% azalaraq 9,479 mlrd. manata çatıb. Müqayisə üçün qeyd edək ki, ötən il ərzində aktivlərin həcmi 3 547,7 mlrd. manat və ya 53%, müştərilərə verilən kreditlərin həcmi 2 422,9 mln. manat və ya 55%, nağd vəsaitlər isə 174,7 mln. manat və ya 61% artıb. Onu da qeyd etmək lazımdır ki, fevral ayında müşahidə edilən nağd vəsaitlərin artımı ötən il ərzindəki orta aylıq artımdan 9,9 dəfə çoxdur.

* 14.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8031 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR