Bank Of Baku

«Bank Respublika»nın aktivləri son bir ildə 40% artıb

«Bank Respublika»nın aktivləri son bir ildə 40% artıb
# 14 aprel 2009 10:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 386,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 40,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,3% artaraq 248,5 mln. manat, depozitləri isə 15,7% genişlənərək 140 mln. manatı ötüb. Depozit portfelinin strukturunda əhalinin əmanətlərinin həcmi il ərzində 24% artaraq 70 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 51,9% artaraq 51,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın cari ilin yanvar-mart aylarında ümumi gəlirləri 17,7 mln. manat, xərcləri isə 14,9 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 2,8 mln. manat təşkil edib.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR