Bank Of Baku

Azərbaycana xaricdən cəlb olunan ssudalar xaricə yönəldilən ssudalardan 9 dəfə çoxdur

Azərbaycana xaricdən cəlb olunan ssudalar xaricə yönəldilən ssudalardan 9 dəfə çoxdur
# 14 aprel 2009 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycana xaricdən cəlb olunan ssudaların həcmi 2009-cu ilin yanvarın 1-nə 7 757,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 834,7 mln. dollar və ya 12,1% çoxdur. «APA-Economics»in xəbərinə görə, bu barədə Azərbaycan Milli Bankının hazırladığı ölkənin beynəlxalq investisiya balansında məlumat verilir.
Eyni zamanda, hesabat ilində Azərbaycandan xaricə yönəldilən ssudaların həcmi 841,7 mln. dollar təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 731,2 mln. dollar və ya 7,6 dəfə çoxdur. Beləliklə, cari ilin yanvarın 1-nə balansın öhdəliklər hissəsində yer alan ssudaların həcmi aktivlərdə olan ssudalardan 9,2 dəfə artıq olub. Lakin il ərzindəki göstəricilər müqayisəlidir. Belə ki, 2008-ci il ərzində xaricdən cəlb olunan ssudaların həcmi 834,7 mln. dollar, xaricə «gedən» ssudaların həcmi isə həmin müddət ərzində 731,2 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR