Bank Of Baku

Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları fiziki şəxslərə ayırdığı kreditləri azaldıb

Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları fiziki şəxslərə ayırdığı kreditləri azaldıb
# 14 aprel 2009 11:07 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları (QBKT) 2009-cu ilin fevral ayında fiziki şəxslərə ayırdığı kreditlərin həcmini 22,5 mln. manat azaldıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-dən bildirilib ki, vaxtı keçmiş kreditlər nəzərə alınmadan, cari ilin ilk iki ayın sonuna ev təsərrüfatlarına ayrılan kreditlərin həcmi 2 290 mln. manata çatıb. Ötən ilin martın 1-nə olan müvafiq göstəricilərlə müqayisədə ev təsərrüfatları tərəfindən cəlb olunan kreditlərin həcmi 501 mln. manat artsa da, yeni verilən borcalmaların həcmi əvvəlki il ilə müqayisədə azalır. Eyni zamanda, bank və qeyri-bank təşkilatlarının ümumi kredit portfelində vətəndaşların borcalmalarının payı 35,2%-ə bərabər olub. Maraqlıdır ki, fiziki şəxslərə verilən kreditlərin 1,4%-i plastik kartlarla əməliyyatlar üzrə kreditlərin payına düşür.
Qeyd edək ki, fevralda təsərrüfat subyektlərinin bütün növləri üzrə iqtisadiyyata kredit qoyuluşlarının həcmi də enməyə başlayıb. Belə ki, qeyri-maliyyə müəssisələrinin borcalmaları üzrə məcmu göstərici bir ay ərzində 493,2 mln. manat və yaxud 10,47% azalıb – 4 712,3 mln. manatdan 4 219,1 mln. manatadək. Azalmanın əsas səbəbi ticarət və nəqliyyat-rabitə sektorlarına ayrılan kreditlərin 490 mln. manat məbləğində enməsidir. Buna baxmayaraq, AMB-nin məlumatına görə, ötən ilin martın 1-nə nəzərən korporativ müştərilərə verilən kreditlərin həcmi ümumi hesabda 44,8% artıb və cəmi kredit qoyuluşlarında onların xüsusi çəkisi 64,8% təşkil edib. İl ərzində sənaye və istehsala yönələn kreditlərin məbləği 21,1% artaraq 398,5 mln. manat, ticarət və xidmətə - 19,6% artaraq 1549,1 mln. manat, kənd təsərrüfatı və emala - 27,3% artaraq 262,4 mln. manat, nəqliyyat və rabitə sektorlarına verilən kreditlərin məbləği isə 39,5% artaraq 400,6 mln. manat təşkil edib. İqtisadiyyatın digər sahələrinin inkişafına təkan verə biləcək sahə sayılan inşaat və əmlak sektoruna banklar tərəfindən yönəldilən kreditlərin həcmi 28,9% artaraq 448,5 mln. manata çatıb.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə strukturu*


01.03.2009-cu il tarixinə kredit qoyuluşunun məbləği, mln. AZN

Ümumi məbləğdə xüsusi çəkisi, %

01.03.2008 tarixinə nisbətən dəyişmə, %

Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslər

4 219,1

64,8

44,8

Ticarət və xidmət

1 549,1

23,8

19,6

Energetika və təbii ehtiyatlar

870,7

13,4

2,4 dəfə

Kənd təsərrüfatı və emal

262,4

4,00

27,3

İnşaat və əmlak

448,5

6,9

28,9

Sənaye və istehsal

398,5

6,1

21,1

Nəqliyyat və rabitə

400,6

6,2

39,5

Digər kredit əməliyyatları

288,6

4,4

3,3 dəfə

Fiziki şəxslər

2 290,00

35,2

28,00

CƏMİ

6 509,1

100

38,4


* vaxtı keçmiş kreditlər nəzərə alınmadan.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR