Bank Of Baku

Azərbaycan əhalisi nağd avro ilə əməliyyatları 77% artırıb

Azərbaycan əhalisi nağd avro ilə əməliyyatları 77% artırıb
# 14 aprel 2009 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin yanvar-fevral ayları ərzində nağd avro ilə 186 818,8 min avro məbləğində mübadilə əməliyyatları aparılıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 77% artıb.
Nağd avro ilə əməliyyatların tərkibində 11 058,4 min avro banklar tərəfindən alış əməliyyatları, 175 760,4 min avro isə satış əməliyyatlarının payına düşüb. Beləliklə, yanvar-fevral ayları ərzində əhali tərəfindən bank sistemi vasitəsi ilə nağd avronun alışı satışı 15,9 dəfə üstələyib.
Ötən ilin yanvar-fevralı ilə müqayisədə əhali tərəfindən nağd avronun satışı 2,6 dəfə, alışı isə 1,7 dəfə artıb.
Göründüyü kimi, Azərbaycanda əhali tərəfindən nağd avronun alınması çox fəal şəkildə aparılır ki, bu da əsasən pərakəndə idxalın təmin edilməsi ilə əlaqəlidir. Çünki ənənəvi olaraq nağd yığımları və bir sıra mal və xidmətlər üzrə manatla aparılmayan ölkədaxili bəzi nağd hesablaşmalar adətən dollarla həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR