Bank Of Baku

Azərbaycan təkrarsığorta sahəsi üzrə keçirilən beynəlxalq seminarda iştirak edib

Azərbaycan təkrarsığorta sahəsi üzrə keçirilən beynəlxalq seminarda iştirak edib
# 10 sentyabr 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Naziyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Xəlilov Bazeldə (İsveçrə) «Təkrarsığorta və digər risk ötürmə mexanizmləri» mövzusunda keçirilən seminarda iştirak edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, seminarda təkrarsığortanın mahiyyəti, sığortaçının təkrarsığorta əməliyyatlarına nəzarət, maliyyə sabitliyi və təkrarsığortanın şəffaflığı, sığorta ilə bağlı qiymətli kağızlar, qeyri-likvid aktivlərin qiymətli kağızlara çevrilməsi ilə bağlı nəzarət məsələləri, həmçinin təkrarsığortaçının risklərinin idarə olunması, onun daxili modelinin formalaşdırılması və tətbiqi, təkrarsığortaçılara risk əsaslı nəzarət və bu nəzarətin tətbiqi modelləri əsas müzakirə obyekti olub.

Tədbirdə dünyada təkrarsığorta mexanizmindən istifadənin həvəsləndirilməsi və sığorta nəzarəti sahəsində müxtəlif yanaşmaların qarşılıqlı tanınması haqqında Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının araşdırmasında edilmiş yeniliklər də iştirakçılarının diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR