Bank Of Baku

Azərbaycanda investorların dövlətə təqdim etdiyi illik hesabatların sayı azalıb

Azərbaycanda investorların dövlətə təqdim etdiyi illik hesabatların sayı azalıb
# 12 sentyabr 2009 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən investorların hüquqlarının qorunmasına dair bir sıra tədbir görülüb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Komitəyə 299 səhmdar cəmiyyəti üzrə 158 şikayət ərizəsi daxil olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə şikayət olunan səhmdar cəmiyyətlərin sayı 3,8% artıb, şikayət ərizələrinin sayı isə 4,2% azalıb. Daxil olmuş şikayətlərlə bağlı QKDK tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, 17 950 manat məbləğində 83 inzibati cərimə tətbiq edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cərimə tətbiqi 88,6%, məbləği isə 83,5% artıb.

Bundan başqa, hesabat dövründə investorlar Komitəyə 201 illik hesabat təqdim edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabatların sayı 38% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR