Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödəmələrini 41% artırıb

ARDNŞ dövlət büdcəsinə ödəmələrini 41% artırıb
# 12 sentyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 97,464 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,6% və ya 28,156 mln. manat çoxdur.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında isə ARDNŞ tərəfindən büdcəyə 593,900 mln. manat vəsait ödənib.

Bundan başqa, 2009-cu ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 8,209 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, cari ilin ilk 8 ayında Şirkət tərəfindən DSMF-ya ödəniş 69,604 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR