Bank Of Baku

«UniBank» bu il daha iki filial açacaq

«UniBank» bu il daha iki filial açacaq
# 14 sentyabr 2009 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi iki yeni filial açmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurası sədrinin müşaviri Samir Balayev bildirib.

S.Balayevin sözlərinə görə, yeni filiallardan birinin Lənkəranda, digərinin isə Abşeronda açılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR