Bank Of Baku

Rusiya prezidenti: Dünya maliyyə böhranı iki-üç ildən sonra təkrarlana bilər

Rusiya prezidenti: Dünya maliyyə böhranı iki-üç ildən sonra təkrarlana bilər
# 14 sentyabr 2009 15:40 (UTC +04:00)
Bakı – APA-Economics. G-2-nin Pittsburqda keçirilən sammitində lazımi qərarlar qəbul edilməsə, iki-üç ildən sonra dünya yeni böhran dalğasından əziyyət çəkə bilər. “APA-Economics”in məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev çıxış edib.
O, “Müasir dövlət və qlobal təhlükəsizlik” mövzusunda Yaroslavlda keçirilən konfransdakı çıxışında deyib ki, sentyabrın 24-25-də Pittsburqda keçiriləcək görüşün iştirakçıları böhranın iki-üç ildən sonra təkrarlanmaması üçün bir sıra yeni qərarlar qəbul etməyə borcludurlar.
Kreml rəhbəri xatırladıb ki, dünya maliyyə böhranı planetin yüz milyonlarla sakininin sosial vəziyyətini pisləşdirib. D.Medvedev diqqəti başqa bir məqama da yönəldib: “Anti-böhran tədbirləri transmilli korporasiyalar və ya iri şirkətlər tərəfindən deyil, milli hökumətlər tərəfindən həyata keçirilir. Böhranla üzləşən hər bir dövlətin borcu isə zəruri qərarlar qəbul etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR