Bank Of Baku

Nazir Samir Şərifov: «Azərbaycan avrobondların emissiyası məsələsində tələsmir»

Nazir Samir Şərifov: «Azərbaycan avrobondların emissiyası məsələsində tələsmir»
# 22 oktyabr 2009 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan avrobondların emissiyası layihəsinin həyata keçirilməsi məsələsi ilə bağlı hələ konkret yekun qərar qəbul etməyib.

Azərbaycanın maliyyə naziri Samir Şərifovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan avrobondların emissiyası məsələsində tələsmir. Buna səbəb isə hazırda dünya bazarında əlverişsiz şəraitin olmasıdır: «Biz bazarı dərindən öyrənməli və daim izləməliyik. Bazardakı vəziyyət bir qədər düzələndən sonra avrobondların emissiyasını həyata keçirmək mümkün olacaq».

Qeyd edək ki, ötən ilin noyabr ayına planlaşdırılan avrobondların emissiyası sonradan bu ilə təxirə salınmışdır və artıq göründüyü kimi Azərbaycan cari ildə də avrobondların emissiyasını həyata keçirməyəcək. Ümumiyyətlə, Maliyyə Nazirliyi 500 mln. ABŞ dolları həcmində 5 il müddətinə avrobondların emissiyasını planlaşdırırdı. Avrobondların təqdimatının isə Nyu-York, London, Frankfurt, Sinqapur və Tokio şəhərlərində keçiriləcəyi gözlənilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR