Bank Of Baku

«Günay Bank» son bir ildə aktivlərini 19% artırıb

«Günay Bank» son bir ildə aktivlərini 19% artırıb
# 22 oktyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 31,910 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,7% artaraq 9,692 mln. manata, kredit portfeli 21% artaraq 27,889 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 5,6 dəfə artaraq 6,925 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 29,3% artaraq 13,852 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,892 mln. manata təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 22,3% artaraq 4,011 mln. manata, xərcləri isə 2,8 dəfə azalaraq 1,142 mln. manata çatıb. Nəticədə, bakın əldə etdiyi mənfəətin həcmi 41 dəfə artaraq 2,945 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR