Bank Of Baku

Azərbaycanda yanvar-sentyabr aylarında ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 10% artıb

Azərbaycanda yanvar-sentyabr aylarında ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 10% artıb
# 22 oktyabr 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət və xidmət sektorunda dinamik inkişaf davam etmiş və bu sahələri xarakterizə edən iqtisadi göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə yüksəlib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin doqquz ayı ərzində ölkənin ticarət və xidmət şəbəkəsində əhaliyə 11 270,3 mln. manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 9,6% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Artımın 69,1%-i pərakəndə əmtəə dövriyyəsinin, 30,9%-i əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranıb.

Hesabat dövründə özəl müəssisələr tərəfindən əhaliyə 10,409 mlrd. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 81,8%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 141,5 manatlıq və ya 13,5 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR