Bank Of Baku

«Bank of Baku»nun mənfəəti son bir ildə kəskin azalıb

«Bank of Baku»nun mənfəəti son bir ildə kəskin azalıb
# 23 oktyabr 2009 06:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 179,299 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 3,2% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5,6% artaraq 84,291 mln. manat, kredit portfeli 8,1% azalaraq 130,194 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,6% azalaraq 99,512 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 30% artaraq 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 6,4% azalaraq 28,282 mln. manata, xərcləri isə 5,8% artaraq 20,790 mln. manata çatıb. Nəticədə, son bir il ərzində bankın mənfəəti 33,3% azalaraq 6,293 mln. manat, xalis mənfəəti isə 15,1% azalaraq 6,248 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR