Bank Of Baku

«Xalq Bank»ın aktivləri son bir ildə 10% artıb

«Xalq Bank»ın aktivləri son bir ildə 10% artıb
# 23 oktyabr 2009 06:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 441,5 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 9,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 323,5 mln. manat, depozit portfelinin həcmi isə ilin əvvəlindən 0,55% artaraq 300 mln. manat təşkil edib.

Məcmu kredit portfelində ipoteka kreditlərinin həcmi ilin əvvəlindən 2,1 dəfə artaraq 8,7 mln. manat, depozit portfelində isə müddətli depozitlərin həcmi 7,8% artaraq 226,6 mln. manata çatıb. Bununla yanaşı, fiziki şəxslərin depozitləri ilin əvvəlindən 13,3% artaraq 180,3 mln. manat olub.

Qeyd edək ki, hesabat dövründə bankın ümumu gəlirləri 29,6 mln. manat, xərcləri isə 16,4 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 13,2 mln. manat olub.

Bu dövr ərzində bankın kapital gəlirliyi (ROE) ilin əvvəlindən 23 faiz bəndi artaraq 24,18%-ə, aktivlərin gəlirliyi (ROA) isə ilin əvvəlindən 2,9 faiz bəndi artaraq 3%-ə çatıb.

Bankın məcmu kapitalı yanvar-sentyabr aylarında 23% artaraq 70,4 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,55 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 29 bankomatı və 35 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR