Bank Of Baku

«Rabitəbank» yeni depozit məhsulu üzrə xidmətlərə başlayıb

«Rabitəbank» yeni depozit məhsulu üzrə xidmətlərə başlayıb
# 23 oktyabr 2009 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) yeni depozit məhsulu üzrə xidmətlərə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Rabitəbank» pullarını əlavə faizlər əldə edərək, daha sərfəli şərtlərlə yığmaq istəyənlər üçün yeni «Kartmane» depoziti üzrə xidmət göstərməyə başlayıb. Depozit şərtləri ilə, kart rahatlığı və imkanları özündə birləşdirən bu yeni bank məhsulundan istifadə etməklə yüksək faizlə gündəlik gəlir gətirən və daim müştərinin yanında olan depozitdir və pul yığmaq üçün ideal vasitədir. Kartmane depozitinin digər depozitlərdən fərqləndirən əsas cəhəti ondan ibarətdir ki, bütün depozit məbləği kart üzərində yerləşir və müştərinin pula ehtiyacı yaranarsa, istənilən vaxt topladığı pulu «Kartmane» kartından komisyon haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə çıxara bilər və ya digər kartlarda olduğu kimi istənilən ölkədə ödəniş zamanı istifadə edə bilər.

Müştərilər «Kartmane» plastik kartı ilə hesab qalığını istədiyi vaxt və istədiyi məbləğə artırıb və ya azalda bilər. Bundan başqa, kartdan karta xidmətindən («Card-to-Card») istifadə etməklə bunu həftənin istənilən günü və istənilən saatda banka gəlmədən «Rabitəbank»ın və ya digər bankların bankomatlarından, eləcədə bankın İnternet Bankçılıq xidmətinə qoşulmaqla həyata keçirə bilər. «Kartmane» depozitinə hesablanmış faizlər hər gün əsas məbləğin üzərinə əlavə olunur və faizlərə də faiz hesablanır. Müştəri plastik kartı bankomata daxil etməklə və ya «Rabitəbank»ın İnternet Bankçılıq xidmətindən istifadə etməklə aylıq, həftəlik, hətta gündəlik çıxarışlar əldə edərək hesablanan faizlərə nəzarət edə bilər.

Qeyd edək ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda ölkədə bankın 21 xidmət bölməsi fəaliyyət göstərir. Xidmət bölmələrin 6-sı Bakının müxtəlif rayonlarını, 15-i isə respublikanın iri regionlarını əhatə edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 87 mln. manat, kapitalı 15 mln. manat təşkil edib. Bankın xarici tərəfdaşları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Bankı (ICD) kimi maliyyə institutları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR