Bank Of Baku

Azərbaycanın «Joint Leasing» şirkəti son bir ildə lizinq portfelini 16% genişləndirib

Azərbaycanın «Joint Leasing» şirkəti son bir ildə lizinq portfelini 16% genişləndirib
# 23 oktyabr 2009 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın «Joint Leasing» şirkətinin ümumi lizinq portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artaraq 36 mln. manatı keçib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünə olan göstəricilərə əsasən, ümumilikdə şirkət tərəfindən 74 mln. manatlıq avadanlıq lizinqə verilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə lizinqə verilən avadanlığın həcmi 2,8% artıb.

Lizinq portfelinin 96%-ni və ya 34 mln. manatdan çoxunu biznes xarakterli lizinq əməliyyatları təşkil edib. Portfelin digər hissəsi istehlak xarakterli lizinq əməliyyatları, o cümlədən daşınmaz əmlakın alınması və minik avtomobillərinin maliyyələşdirilməsinə sərf edilib.

Maliyyələşdirilmiş biznes xarakterli layihələr ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə geniş diversifikasiya olunub. Biznes xarakterli lizinq layihələrinin 29%-i tikinti sektoru, 27%-i nəqliyyat sektorunun payına düşüb. İstehsalatın maliyyələşdirilməsinə böyük önəm verən «Joint Leasing» tərəfindən həmçinin bu müddət ərzində istehsal layihələrinə 8,5 mln. manat yatırılıb ki, bu da portfelin 23%-ni təşkil edir. Biznes xarakterli maliyyələşmənin qalan hissəsi hasilat sənayesi və ticarət sahəsini əhatə edir.

Ümumilikdə, bu ilin ilk 9 ayı ərzində «Joint Leasing» tərəfindən Azərbaycan iqtisadiyyatına 2 mln. manatdan çox vəsait yatırılıb. Cari ilin oktyabrın 1-nə şirkətin mövcud müqavilələrinin sayı 239 ədəd təşkil edib. Şirkətin məcmu kapitalı isə 43 mln. manatı ötüb.

Qeyd edək ki, «Joint Leasing» şirkəti 2007-ci ildən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR