Bank Of Baku

«Moody’s» agentliyi ABŞ-ın reytinqini azalda bilər

«Moody’s» agentliyi ABŞ-ın reytinqini azalda bilər
# 23 oktyabr 2009 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s» beynəlxalq reytinq agentliyinin analitikləri bəyan ediblər ki, yaxın zamanlarda ABŞ hazırkı ən yüksək reytinqindən (AAA) məhrum oluna bilər. «APA-Economics»in məlumatına görə, bu ehtimallara əsas ötən maliyyə ilinin yekunları olub. Xüsusən də ABŞ-da büdcə kəsirinin 1,417 trln. dollara çatması Agentliyi çox narahat edir və qeyd olunur ki, reytinq hazırkı səviyyədə yalnız bu göstərici azalacağı təqdirdə saxlanıla bilər. Həmçinin vurğulamaq lazımdır ki, büdcə kəsirinin həcmi 2008-ci maliyyə ilinin göstəricisindən 3 dəfə çoxdur.

«Moody’s»in analitik bölməsinin başçısı Stiven Xessin sözlərinə görə, ABŞ-ın yüksək reytinqi daimi deyil və büdcə kəsiri nəzərə çarpan dərəcədə azalmayacığı təqdirdə bu reytinq azalmaya doğru yenidən baxılacaq. Qeyd edək ki, reytinq barədə mənfi məlumatlar artıq ilin ortasından səsləndirilməyə başlanılıb. Məsələn, may ayında «Standart&Poor’s» agentliyi Böyük Britaniyanın reytinqi üzrə proqnozu «sabit»dən «neqativ»ə dəyişib və bəyan edib ki, həmin tendensiya ABŞ-ı də gözləyir.

Eyni zamanda, ABŞ-ın Maliyyə Nazirliyində etiraf edirlər ki, büdcə kəsirinin hətta 1 trln. dollaradək endirilməsi yalnız 2012-ci ildə mümkün olacaq.

Vəziyyətin təhlili göstərir ki, büdcə kəsirinin azaldılması iki yolla mümkündür. Birincisi, vergilərin artırılmasını nəzərdə tutur. İlk baxışdan bu addım mənfi görünsə də, bəzi analitiklərin fikrincə, bu addım ABŞ-da adekvat qarşılanacaq, çünki o, ümumi iqtisadi vəziyyəti yaxşılaşdırmağa, reytinqin azalması isə, əksinə, pisləşməsinə səbəb ola bilər. İkinci yol isə yaxın zamanlarda iqtisadiyyatın dövlət stimullaşdırılması proqramlarının tam və ya qismən dayandırılmasından ibarətdir. Lakin bu addım hətta böhranın ikinci fazasının yaranmasına səbəb ola bilər. Bundan başqa, iqtisadiyyata yönəldilən vəsaitlər artıq real sektora «çatmaqdadır» və bu sektorun, yəni istehsalın bərpası üçün istehlakın mövcudluğu vacib olacaq, bu da dövlət dəstəyi ilə istehlakın kreditləşdirilməsinin canlandırılması nəticəsində mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR