Bank Of Baku

«Kapital Bank»ın aktivləri son bir ildə 6% artıb

«Kapital Bank»ın aktivləri son bir ildə 6% artıb
# 23 oktyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 449,217 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,8% artaraq 226,189 mln. manat, kredit portfeli 16% artaraq 222,225 mln. manat, o cümlədən istehlak kreditləri 35,8% azalaraq 63,974 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 4,6% artaraq 77,593 mln. manata, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 12,2% artaraq 45,950 mln. manat, xərcləri 8,8% artaraq 37,937 mln. manat olub. Nəticədə, bankın mənfəəti 31% artaraq 8,013 mln. manat təşkil edib.

Bu müddət ərzində bank tərəfindən 1 filial açılıb, 47 bankomat quraşdırılıb. Bununla yanaşı, son bir ildə bankın işçilərinin sayı 12,8% azalaraq 2 125 nəfər, orta aylıq əmək haqqı isə 80,3% artaraq 575 manat olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Hazırda bankın respublika üzrə 91 filialı, 314 bankomatı və 406 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR