Bank Of Baku

«Amrahbank» internet bankçılığın tətbiqinə başlayır

«Amrahbank» internet bankçılığın tətbiqinə başlayır
# 23 oktyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə internet bankçılıq üzrə xidmətlərə başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sistem işə salındıqdan sonra müştərilər on-line rejimdə kreditlərin alınması, həmçinin digər xidmətlər üzrə sifarişlər verə bilər.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 63,094 mln. manat, depozit portfeli 35,740 mln. manat, kredit portfeli 36,702 mln. manat, məcmu kapitalı 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 23 filialı, 14 bankomatı və 46 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR