Bank Of Baku

«Atrabank»ın aktivləri son bir ildə 7% artıb

«Atrabank»ın aktivləri son bir ildə 7% artıb
# 23 oktyabr 2009 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 34,768 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 1,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11,8% genişlənərək 4,684 mln. manata, kredit portfeli 2,7% azalaraq 24,914 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 4,6% artaraq 4,830 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 4,9% azalaraq 10,915 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 21,8% artaraq 2,422 mln. manat, xərcləri isə 16,6% azalaraq 2,368 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 79% azalaraq 0,053 mln. manat olub.

Bundan başqa, bu dövrdə bank tərəfindən əlavə 1 filial açılıb, həmçinin 2 bankomat quraşdırılıb. Eyni zamanda bankın işçilərinin sayı 30,4% artaraq 176 nəfərə, orta aylıq əmək haqqı isə 13,4% azalaraq 413 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın respublika üzrə 12 filialı, 24 mübadilə məntəqəsi, 13 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR