Bank Of Baku

«KredoBank»ın mənfəəti son bir ildə kəskin azalıb

«KredoBank»ın mənfəəti son bir ildə kəskin azalıb
# 23 oktyabr 2009 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 57,913 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 89,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 91,2% artaraq 18,570 mln. manat, kredit portfeli 58,6% artaraq 33,793 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 20,2% artaraq 7,888 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 4,9% azalaraq 13,934 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,040 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 27% artaraq 4,055 mln. manat, xərcləri isə 43,2% artaraq 4,006 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti 8,3 dəfə azalaraq 0,048 mln. manata düşüb.

Bundan başqa, bank bu müddət ərzində əlavə 5 filial açıb, həmçinin 1 bankomat və 53 POS-terminal quraşdırıb. İşçilərin sayı 24,8% artaraq 156 nəfərə, orta aylıq əmək haqqı isə 72,3% artaraq 273 manata çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 14 filialı, 6 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR