Bank Of Baku

Gələn həftə Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti hissəsi hərrca çıxarılacaq

Gələn həftə Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti hissəsi hərrca çıxarılacaq
# 23 oktyabr 2009 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 26-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazlar 101,1000% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda, sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazlarının ilkin yerləşdirilməsinə isə iyunun 16-da başlanılıb və bu günə kimi 38 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR