Bank Of Baku

Qubad İbadoğlu: “Bu il Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun 70%-i Azərbaycanın payına düşəcək”

Qubad  İbadoğlu: “Bu il Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun 70%-i Azərbaycanın payına düşəcək”
# 24 oktyabr 2009 02:21 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Bir çox indeksə görə Azərbaycan qonşu ölkələrdən müqayisə edilməz dərəcədə irəlidədir. Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbulda “Qeyri-ənənəvi təhlükəsizlik təhdidləri və Cənubi Qafqazda regional əməkdaşlıq” mövzusunda keçirilən toplantıda iştirak edən iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bu, NATO-nun maliyyələşdirdiyi bir toplantıdır: “Türkiyə Palatalar və Birjalar Birliyinin Universiteti ilə İqtisadi İnkişaf Fondu da toplantının təşkilatçıları arasındadır. Biz burada Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ və Böyük Britaniyadan gələn siyasətçi və təhlilçilərlə regionun iqtisadi, siyasi, sosial, miqrasiya proseslərini müzakirə edirik. Region üçün təhlükə doğura biləcək məsələlər toplantının diqqət mərkəzindədir. Məruzələrdən məlum oldu ki, Azərbaycan bölgədə dünyadakı maliyyə böhranından ən az zərər çəkmiş ölkədir. İqtisadi böhranın ən çox zərər bölgə ölkəsi isə Ermənistandır. Mən çıxışımda Cənubi Qafqaz ölkələrinin Ümumi Daxili Məhsulunun artımı məsələsinə toxunaraq qeyd etdim ki, keçən il biz bölgənin ÜDM-nin 65%-ni istehsal etmişik. Bu ilsə bu rəqəm 70%-ə çatacaq. Azərbaycan iqtisadiyyatının bu il 7% böyüməsi gözlənilir ki, bu da region ölkələri ilə müqayisədə önəmli bir fərq təşkil edir. Adambaşına düşən gəliri də region ölkələri ilə müqayisə edəndə bizim çox qabaqda olduğumuz görünür”.

Q.İbadoğlu Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının iqtisadiyyatının liberallaşmasını əngəllədiyini deyib. O, ölkədəki iqtisadi azadlıq indeksinə görə Azərbaycanın digər ölkələrdən geri qaldığını xatırladaraq, biznesə başlama və rəqabət qabiliyyətinə Azərbaycanın Gürcüstan və Ermənistandan qabaqda olduğunu bildirib: “Azərbaycan pul transferlərinə görə ən az asılı olan ölkədir. Burada deyildi ki, Gürcüstan iqtisadiyyatının ən böyük çətinliyi onun bank sisteminin xaricdən asılılığıdır. Azərbaycan iqtisadiyyatı üçün böyük təhlükə isə onun rəngarənglik əmsalının aşağı olmasıdır. Həm də gəlirlərin sosial qruplar arasında ədalətli bölüşdürülməsi baxımından region ölkələrindən geri qalırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR