Bank Of Baku

ABŞ-da fəlaiyyəti dayandırılan bankların sayı 106-ya çatıb

ABŞ-da fəlaiyyəti dayandırılan bankların sayı 106-ya çatıb
# 24 oktyabr 2009 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən gün ərzində ABŞ-da daha 7 regional bank bağlanılıb və beləliklə ilin əvvəlindən ölkədə fəaliyyəti dayandırılan bankların sayı 106-ya çatıb. “APA-Economics”in məlumatına görə, dünən bağlanılan bankları 3-ü Florida, digərləri isə Viskonsin, Corciya, İllinoys və Minesota ştatlarında yerləşir. Fəaliyyəti dayandırılan bankların məcmu aktivləri 1 mlrd. dollardan artıqdır.

Qeyd edək ki, ABŞ-ın bank sistemi bu dərəcədə itkilərlə yalnız 1992-ci ildə üzləşib ki, o vaxt yaranmış kredit və əmanətlər böhranı nəticəsində 181 bank fəaliyyətini dayandırmışdı. Ötən il ərzində isə ABŞ-da mənzil-ipoteka bazarında və banklararası kredit bazarında yaranmış problemlər 25 bankın bağlanmasına səbəb olub. Böhrandan öncəki 2007-ci ildə isə ABŞ-da cəmi üç bank fəaliyyətini dayandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR