Bank Of Baku

SKMF güzəştli kreditlərin təyinatı üzrə istifadə edilməsinə dair nəzarəti gücləndirəcək

SKMF güzəştli kreditlərin təyinatı üzrə istifadə edilməsinə dair nəzarəti gücləndirəcək
# 24 oktyabr 2009 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF), Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, regional bölmələrinin əməkdaşlarının və sahibkarların iştirakı ilə yeni normativ-hüquqi sənədlərlə bağlı seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, Azərbaycanda özəl bölmənin inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin səmərəliliyinin artırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev dövlət başçısı tərəfindən təsdiq edilmiş «SKMF haqqında Əsasnamə» və «SKMF-ın vəsaitlərinin istifadəsi qaydaları» barədə tədbir iştirakçılarına geniş məlumat verib və bildirib ki, yeni normativ-hüquqi sənədlər Fondun fəaliyyətinin səmərəliliyinin, eləcə də güzəştli kreditləşdirmədə şəffaflığın artırılmasında, investisiya layihələrinin maliyyələşdirilməsində operativliyin təmin edilməsində, sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının genişləndirilməsində, xüsusilə də sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsində böyük əhəmiyyətə malikdir.

SKMF-ın yeni Əsasnaməsində Müşahidə Şurasının üzvlərinin sayı, səlahiyyətləri və reqlamenti dəqiq göstərilib, Fondun cari fəaliyyətinə nəzarətin daha effektiv qurulması, layihələrin minimal tələblər əsasında müəyyən olunmuş meyarlarla obyektiv qiymətləndirilməsi, iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə müəyyən olunmuş prioritet istiqamətlərə uyğun investisiya layihələrin maliyyələşdirilməsinə diqqət daha da artırılıb. Əsasnaməyə görə, güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət daha da gücləndiriləcək. Bu məqsədlə, Fondun Müşahidə Şurası tərəfindən monitorinqlərin aparılması qaydaları müəyyən ediləcək.

Qeyd edək ki, Fondun vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq, SKMF-ın vəsaitlərinin verilməsi mexanizmi sadələşdirilib, güzəştli kreditlərin maksimal faiz dərəcəsi 6%-dək, müraciətin təmin olunması müddəti 25 günədək azaldılıb, kreditlərin maksimal məbləği isə 5 mln. manata çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR