Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 43% artırıb

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 43% artırıb
# 26 oktyabr 2009 06:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu oktyabr ayının 1-nə 107,664 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 42,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,3 dəfə artaraq 72,639 mln. manata, kredit portfeli 91% artaraq 64,273 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,3 dəfə artaraq 26,492 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 33,1% artaraq 53,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 56,3% artaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 23,8% azalaraq 6,290 mln. manat, xərcləri isə 34% artaraq 6,497 mln. manata çatıb. Nəticədə, bank cari ilin yanvar-sentyabr aylarını 207 min manat zərərlə başa vurub.

Xatırladaq ki, bu müddət ərzində bank tərəfindən əlavə 3 filial açılıb, 5 bankomat və 88 POS-terminal quraşdırılıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Hazırda bankın respublika üzrə 8 filialı, 23 bankomatı və 255 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR