Bank Of Baku

«Azal Sığorta» şirkətinin daxilolmaları son bir ildə 1% azalıb

«Azal Sığorta» şirkətinin daxilolmaları son bir ildə 1% azalıb
# 26 oktyabr 2009 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 12,939 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 98,7% azalaraq 5,901 min manat təşkil edib.

Şirkətin sığorta haqlarının strukturunda ən çox yığım «Hava gəmilərinin sığortası» (8,168 mln. manat), «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,385 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (584 min manat) və «Ümumi mülkü məsuliyyətin sığortası» (499,490 min manat) növləri üzrə olub. Bu növlərin məcmu daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 63,1%, 26,2%, 4,5% və 3,9% təşkil edib.

Maraqlıdır ki, ödənişlərin tam həcmi «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə həyata keçirilib.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda «Azal Sığorta» şirkəti 12 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR