Bank Of Baku

«Ansar Leasing» şirkətinin ilkin lizinq portfeli formalaşıb

«Ansar Leasing» şirkətinin ilkin lizinq portfeli formalaşıb
# 26 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin ilkin lizinq portfeli formalaşıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, hazırda şirkətin ilkin lizinq portfeli 300 min manat təşkil edir ki, bunun da əsas hissəsi nəqliyyat və xidmət sahələrini əhatə edir: «Şirkətə kənd təsərrüfatı və xidmət sektorlarının maliyyələşdirilməsi üçün 700 min manatlıq layihə təqdim olunub. Hazırda həmin layihə araşdırılır. Ümumiyyətlə, strateji plana uyğun olaraq ilin sonunadək lizinq portfelinin 5 mln. manata çatdırılması nəzərdə tutulub».

Qeyd edək ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatından keçib və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR