Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı “Azerbaijan Methanol Company”yə 120 mln. dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı “Azerbaijan Methanol Company”yə 120 mln. dollar kredit ayırıb
# 26 oktyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası «Azerbaijan Methanol Company» MMC-yə (AzMeCo) 120 mln. ABŞ dolları həcmində maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin iki tranş şəklində ayrılması planlaşdırılır. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.

Qeyd edək ki, ayrılan kredit illik gücü 561 min ton olacaq Metanol Zavodu, o cümlədən karbon 4-oksid ayırıcı modulunun alınması, quraşdırılması və istismarına sərf olunacaq.

Eyni zamanda, «AzMeCo» gələcək layihə fazalarında karbamid (sidik cövhəri) və ammonyak istehsalını da təşkil etmək niyyətindədir. Layihənin ümumi dəyəri 300 mln. dollar təşkil edir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən artıq investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR